"Keşlə"nin legioneri: "Neftçi" ilə heç-heçə bizi qane edir"

Futbol
  • 22 sentyabr, 2019
  • 16:59
Keşlənin legioneri: Neftçi ilə heç-heçə bizi qane edir

"Neftçi" yaxşı komandadır. Hər iki komanda qələbəyə oynayırdı. Qalib gəlmək üçün çalışdıq, ancaq alınmadı. Nəticə bizi qane edir".

"Report" xəbər verir ki, bunu "Keşlə"nin futbolçu Con Kamara Premyer Liqanın V turunda "Neftçi" ilə səfərdə qolsuz heç-heçədən sonra deyib.

Syerra-Leonedən olan yarımmüdafiəçinin sözlərinə görə, bir xal qazandıqları üçün məmnundurlar: "Neftçi" azlıqda olsa da, qol vura bilərdi. Əsas odur ki, bu gün güclü rəqiblə səfər oyununda xal qazandıq".

44 - Tezliklə