"Keşlə" klubu baş məşqçisini istefaya göndərib

"Keşlə" klubu baş məşqçisini istefaya göndərib Serbiyalı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında pozulub
Futbol
29 Oktyabr , 2018 11:06
Keşlə klubu baş məşqçisini istefaya göndərib

Bakı. 29 oktyabr. REPORT.AZ/ "Keşlə" futbol komandasının baş məşqçisi Mladen Milinkoviç istefaya göndərilib. 

Klubun mətbuat xidmətindən "Report"a verilən məlumatına görə, serbiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılışma əsasında xitam verilib. Bu qərar qəsəbə təmsilçisinin Azərbaycan Premyer Liqasının IX turunda səfərdə "Səbail"ə 1:2 hesabı ilə uduzduğu oyundan sonra qəbul olunub. Komandada baş məşqçi səlahiyyətlərinin icrası müvəqqəti olaraq, köməkçi-məşqçi Zaur İsmayılova tapşırılıb.  

Qeyd edək ki, Mladen Milinkoviç "Keşlə"yə iyulun 25-də baş məşqçi təyin olunub. Onun rəhbərlik etdiyi kollektiv cari çempionatda keçirdiyi 8 oyundan 5-də uduzub, 1-də qalib gəlib. İki matçda heç-heçə edən paytaxt təmsilçisi hazırda 5 xalla 7-ci pillədədir və son sıradakı “Zirə”ni 1 xal qabaqlayır.

Son xəbərlər

Orphus sistemi