"Keşlə" klubu Adrian Skarlatake ilə yollarını ayırıb

"Keşlə" klubu Adrian Skarlatake ilə yollarını ayırıb Rumıniyalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılışma əsasında xitam verilib
Futbol
4 Sentyabr , 2018 14:05
Keşlə klubu Adrian Skarlatake ilə yollarını ayırıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ "Keşlə" klubu futbolçu Adrian Skarlatake ilə yollarını ayırıb. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, rumıniyalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılışma əsasında xitam verilib. 

Qeyd edək ki, 2016-cı ildən "Keşlə"də çıxış edən Adrian Skarlatake başa çatan mövsümdə Azərbaycan Kubokunu qazanıb. O, 2011 - 2015-ci illərdə "Xəzər Lənkəran"ın formasını geyinib. Rumıniyalı oyunçu Lənkəran təmsilçisində Azərbaycan Kubokunun və Azərbaycan Super Kubokunun qalibi olub.

Son xəbərlər

Orphus sistemi