"Keşlə" afrikalı yarımmüdafiəçi ilə müqavilə bağladı

"Keşlə" afrikalı yarımmüdafiəçi ilə müqavilə bağladı "Keşlə" heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
13 Yanvar , 2021 21:11
Keşlə afrikalı yarımmüdafiəçi ilə müqavilə bağladı
Sadio Tounkara

"Keşlə" heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi malili yarımmüdafiəçi Sadio Tounkaranı transfer edib.

29 yaşlı oyunçu ilə rəsmi müqavilə imzalanıb. O, cari mövsümün sonunadək "Keşlə"nin formasını geyinəcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycanda "Xəzər Lənkəran", AZAL, "Zirə" klublarında çıxış etmiş Sadio Tounkara Kiprdə "EN Paralimniou" və Estoniyada "Narva Trans"ın şərəfini qoruyub.

Son xəbərlər

Orphus sistemi