"Kəpəz" - "Qəbələ" oyunun keçirilmə yeri dəyişdirilib
Futbol
- 14 dekabr, 2016
- 11:43
Bakı. 14 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun "Kəpəz" - "Qəbələ" oyununun keçirilmə yeri dəyişdirilib.
"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qərar Gəncə klubunun müraciəti əsasında verilib.
Klub dekabrın 17-də Premyer Liqanın XIV turunda "Qəbələ", 4 gün sonra isə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "İnter"lə cavab oyununu Gəncə şəhər stadionunda keçirəcəyi təqdirdə, meydanın ot örtüyünün yararsız hala düşmə ehtimalının olduğunu bildirib.
Bu səbəbdən, qurum "Qəbələ"nin razılıq məktubuna əsasən çempionat oyununu Qəbələ şəhər stadionuna təyin edib. Komandalar arasında keçiriləcək üçüncü dövrənin matçında isə meydan sahibi kimi “Kəpəz” klubu çıxış edəcək.
Son xəbərlər
13:09
Ekspert: Tacikistan üçün Azərbaycanla əməkdaşlıq strateji əhəmiyyət daşıyır
Xarici siyasət13:09
Səfirlik Nəriman Axundzadəni ABŞ klubuna keçməsi münasibətilə təbrik edib
Xarici siyasət13:01
Azərbaycan millisinin Beynəlxalq İnkişaf Turniri üçün yekun heyəti müəyyənləşib
Futbol12:59
Buzovna qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq
Energetika12:56
Javlon Vahabov: Üç il ərzində Orta Dəhlizlə Azərbaycan ərazisindən daşımalar 90 % artıb
Xarici siyasət12:55
Bakıda cüdo texnikaları üzrə imtahan keçiriləcək
Fərdi12:53
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatının artımını proqnozlaşdırır
Biznes12:50
Serbiyalı ekspert: Azərbaycanla strateji əməkdaşlıq ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir
Xarici siyasət12:48