2024/2025 mövsümü öncəsi hazırlıqlarını davam etdirən "Kəpəz" yarımmüdafiəçisi ilə müqavilə müddətini uzadacaq.
"Report"un əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi Ehtiram Şahverdiyevlə 1 illik yeni sözləşmə imzalayacaq.
Qeyd edək ki, "sarı-göylər" daha əvvəl Elmir Tağıyev və Nicat Süleymanovla rəsmi müqavilə bağlayıb.