Kataloniyalıların Messi sevgisi: 500 uşağa Leo adı verilib

Kataloniyalıların Messi sevgisi: 500 uşağa Leo adı verilib İspaniyanın "Barselona" klubunun kapitanı Lionel Messinin adı komandanın təmsil etdiyi Kataloniya bölgəsində olduqca məşhurdur.
Futbol
27 İyul , 2020 15:04
Kataloniyalıların Messi sevgisi: 500 uşağa Leo adı verilib
Lionel Messi

İspaniya "Barselona"sının kapitanı Lionel Messinin adı komandanın təmsil etdiyi Kataloniya bölgəsində olduqca məşhurdur.

"Report"un "Marca"ya istinadən məlumatına görə, bu, yerli statistika institutunun apardığı araşdırma nəticəsində üzə çıxıb. 

Bəlli olub ki, 2019-cu ildə Kataloniyada yeni doğulmuş 500 körpəyə Leo adı verilib. Bu isə anadan olmuş oğlan uşaqlarının ümumilikdə 8,22 faizini təşkil edir. 2010-cu ildə bu göstərici 136 nəfər, 2017-ci ildə isə 433 nəfər olub.

Regionda ən populyar ad isə Markdır. Bu isim 622 körpəyə qoyulub. Kataloniyada ən sevimli qız adları isə YuliyaMartinadır.

Qeyd edək ki, Lionel Messi bütün karyerasını "Barselona"da keçirib. O, 2019/2020 mövsümündə La Liqada 33 oyuna 25 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb. Messi hər iki göstəricidə ən yaxşı seçilib.  

Son xəbərlər

Orphus sistemi