Kamran Ağayevin "İnter"lə bağlayacağı müqavilə müddəti müəyyənləşib
Futbol
- 28 dekabr, 2015
- 10:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 dekabr. REPORT.AZ/ Bakının "İnter" klubu futbol üzrə Azərbaycan milli komandasının üzvü Kamran Ağayevlə anlaşıb. Klubdan "Report"a verilən məlumata görə, təcrübəli əlcək sahibi ilə 6 aylıq müqavilə imzalanacaq.
Artıq tərəflər böyük ölçüdə anlaşma əldə ediblər. Tezliklə 29 yaşlı qapıçı ilə münasibətlər rəsmiləşəcək. Ağayev yeni klubunda Səlahət Ağayevi əvəzləyəcək. Kapitan "İnter"i maddi məsələlərlə razılığa gələ bilmədiyi üçün tərk edib.
Qeyd edək ki, Azərbaycanda "Şəfa", "Turan", "Xəzər Lənkəran", "Bakı" və "Qəbələ"nin formasını geyinən Kamran Ağayev son olaraq Türkiyədə "Kayserispor" və "Karşıyaka" klublarında çıxış edib.
Son xəbərlər
01:38
Tramp İranla müharibə başa çatdıqdan sonra benzinin qiymətinin azalacağını vəd edib
Digər ölkələr
01:09
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Digər ölkələr
00:39
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
Digər ölkələr
00:12
"Qarabağ" – "Neftçi" matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Hadisə
00:00
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Daxili siyasət
00:00
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Daxili siyasət
23:52
Video
Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır
Futbol
23:49
Şotlandiya Britaniyadan ayrılmaq üçün yeni referendum kampaniyasına başlayıb
Digər ölkələr
23:22
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Digər ölkələr