Rusiyanın "Krasnodar" klubunun futbolçusu Kadi Borges "Qarabağ"a qayıtmaq istəyir.
"Report" xəbər verir ki, bu barədə "RB Sport" nəşri iddia irəli sürüb.
28 yaşlı yarımmüdafiəçinin yay transfer dönəmində komandanı tərk etmək ehtimalının yüksək olduğu bildirilib. "Krasnodar" oyunçu üçün təklifləri nəzərdən keçirməyə hazırdır, sərfəli təklif olsa, transferə mane olmayacaq.
Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilədək “Qarabağ”ın formasını geyinib. O, cari mövsüm Rusiyadakı bütün turnirlərdə 33 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.