Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasına qayıda bilər.
"Report" "Football Insider"ə istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis mövsümün sonunda "Everton"a rəhbərlik edə bilər.
Mersisaydlıların sahiblərinin yaxın vaxtlarda dəyişəcəyi gözlənilir. Amerikalı milyarder Den Fridkin klubun səhmlərinin 94 %-ni almaq barədə razılığa gəlib.
Mourinyonun mümkün gəlişi də məhz yeni rəhbərliyin baş məşqçini dəyişmək qərarı ilə bağlıdır.
Qeyd edək ki, J.Mourinyo və D.Fridkin daha əvvəl, portuqaliyalı mütəxəssis İtaliyanın "Roma" klubunda çalışarkən əməkdaşlıq ediblər.