Joan Laporta "Barselona" klubunun prezidenti seçilib

Joan Laporta "Barselona" klubunun prezidenti seçilib Joan Laporta "Barselona" klubunun prezidenti seçkilərində qələbə qazanıb
Futbol
8 Mart , 2021 02:48
Joan Laporta Barselona klubunun prezidenti seçilib
Joan Laporta

Joan Laporta "Barselona" klubunun prezidenti seçkilərində qələbə qazanıb.

İspaniyanın “Barselona” futbol klubunun prezidenti vəzifəsinə seçkilərdə bülletenlərin 80%-nin hesablanmasından sonra Joan Laportanın seçicilərin 57,91% səs yığdığı məlum olub.

“Report”un məlumatına görə, bu, onu göstərir ki, riyazi nöqteyi-nəzərdən o artıq qələbəni əldən verməyəcək.

Seçkilərdə Laportanın rəqibləri Viktor Font və Toni Freyşa olublar. Onlar müvafiq olaraq 30,97% və 9,92% səs yığıblar.

"Barselona" artıq özünün tvitterdəki səhifəsində digər namizədlərin Laportanı təbrik eməsi barədə məlumat paylaşıb.

Son xəbərlər

Orphus sistemi