İtaliya polisi “Napoli”nin çempionluğu sayəsində 11 il axtarışda olan qaçağı tapıb
Futbol
- 05 avqust, 2023
- 12:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliya polisi “Napoli”nin çempionluğu sayəsində 11 il axtarışda olan qaçağı tapıb.
“Report”un “Corriere della Sera”ya istinadən məlumatına görə, qaçaq Vinçenzo La Portanın yeri azarkeşi olduğu Neapol klubunun çempionluğunu qeyd edərkən çəkilən fotosunun yayılması sayəsində aşkarlanıb.
Məlum olub ki, o, şənliyi Korfu adasındakı (Yunanıstan) restoranlardan birində edib. Uzun sürən təqibdən sonra qaçaq skuter sürərkən saxlanılıb.
Maliyyə cinayətlərində, dələduzluqda və vergi fırıldaqlarında ittiham olunan 60 yaşlı La Porta İtaliyada ən çox axtarılan 100 cinayətkardan biri idi. Ona ölkəsində 14 il 4 ay həbs cəzası verilib.
Qeyd edək ki, “Napoli” 2022/2023 mövsümündə İtaliya A seriyasının qalibi olub.
Son xəbərlər
03:51
ABŞ-də dəniz məhsulları istehsalı zavodunda ammonyak çəni partlayıb
Digər ölkələr
03:22
Aİ və Avropa Şurası "Tələbə siyahısı"nı Serbiyadakı seçkilərdə qələbə münasibətilə təbrik edib
Digər ölkələr
02:51
Çexiyada ictimai televiziyanın maliyyələşdirilməsinin dəyişdirilməsinə qarşı etiraz aksiyası keçirilib
Digər ölkələr
02:26
Antonelli "Formula 1" üzrə ABŞ Qran-prisinin qalibi olub
Formula 1
01:38
Binəqədi və Qaradağ rayonlarının bir hissəsində qaz olmayacaq
Energetika
01:21
Aleksandar Vuçiç növbədənkənar parlament seçkilərində məğlub olduqlarını açıqlayıb
Digər ölkələr
01:14
Tramp yaxın aylarda Kanada ilə ticarət sazişinin bağlanmasını mümkün hesab edib
Digər ölkələr
00:51
Yunanıstan "Patriot" kompleksinin Səudiyyə Ərəbistanında yerləşdirilmə müddətini uzadacaq
Digər ölkələr
00:36
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika