İtaliya millisi yeni rekorda imza atıb

İtaliya millisi yeni rekorda imza atıb Futbol üzrə İtaliya millisi yeni dünya rekorduna imza atıb.
Futbol
878
6 Sentyabr , 2021 09:00
İtaliya millisi yeni rekorda imza atıb
Roberto Mançini

Futbol üzrə İtaliya millisi yeni dünya rekorduna imza atıb.

"Report"un məlumatına görə, Roberto Mançininin baş məşqçi olduğu kollektiv buna İsveçrə millisi ilə qolsuz heç-heçə etdikləri DÇ-2022-nin seçmə oyununda nail olub.

Bu nəticədən sonra italyanlar ardıcıl 36 oyunda məğlubiyyətlə üzləşməyib. Daha əvvəl hansısa yığma bu nailiyyəti gerçəkləşdirə bilməyib.

Qeyd edək ki, komanda 5 oyunda sonra 11 xalla C qrupunun lideridir. İtaliya seçməsi bu il AVRO-2020-nin də qalibi olub.

Son xəbərlər

Orphus sistemi