İsveç klubunun idman direktoru: "Musa Qurbanlı 2024-cü ildə komandada qalacaq"

İsveç klubunun idman direktoru: "Musa Qurbanlı 2024-cü ildə komandada qalacaq" "Cəmi altı aydır ki, bizimlədir"
Futbol
3 yanvar 2024 12:29
İsveç klubunun idman direktoru: Musa Qurbanlı 2024-cü ildə komandada qalacaq

"O, 2024-cü ildə komandada qalacaq".

"Report" "Fotbolldirekt" nəşrinə istinadən xəbər verir ki, bunu “Yurqorden” klubunun idman direktoru Bosse Andersson Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının İsveç təmsilçisindəki taleyi ilə bağlı danışarkən deyib.

Funksioner 21 yaşlı hücumçunun komandadan getməyəcəyini bildirib: "O, ötənmövsümkü çıxışından məyusdur. Həmçinin daha çox çalışmaq istədiyini göstərir. Ondan nələrin tələb olunduğunu da anlayır".

Bosse Andersson Musa Qurbanlıya inamlarını itirmədiklərini söyləyib: "Cəmi 6 aydır ki, bizimlədir. Onunla uzun müddətli müqavilə imzalamışıq. Kimdənsə belə qısa zamanda çox şey tələb etmək ağlabatan deyil. Bəzən vaxt lazımdır".

Qeyd edək ki, Musa Qurbanlının klubu ilə müqaviləsi 2026-cı ilə qədər qüvvədədir.

Son xəbərlər

Orphus sistemi