İsveç Futbol Federasiyası Azərbaycanla oyundakı erməni təxribatına görə cərimələnib

İsveç Futbol Federasiyası Azərbaycanla oyundakı erməni təxribatına görə cərimələnib UEFA İsveç Futbol Federasiyasını (SvFF) cərimələyib.
Futbol
15 May , 2023 22:43
İsveç Futbol Federasiyası Azərbaycanla oyundakı erməni təxribatına görə cərimələnib

UEFA İsveç Futbol Federasiyasını (SvFF) cərimələyib.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, buna Stokholmda sözügedən ölkənin yığması ilə Azərbaycan millisi arasında keçirilmiş AVRO-2024-ün seçmə mərhələ oyununda erməni azarkeşlərin təxribata cəhd etmələri səbəb olub.

"Friends Arena"dakı matçın gedişində İsveçdə yaşayan erməni fanatlar separatçı qruplaşmaların bayrağını qaldırmağa çalışsalar da, bunun qarşısı dərhal yerli polis tərəfindən alınıb. Yaranan kiçik çaxnaşmaya baxmayaraq, təxribatçılar hadisə yerindən uzaqlaşdırılıblar.

Məsələni araşdıran UEFA təxribat xarakterli siyasi mesajlara görə SvFF-yə 5 000 avro cərimə kəsib.

Qeyd edək ki, İsveç - Azərbaycan oyunu meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi