İstanbul derbisi: "Qalatasaray" "Beşiktaş"a qalib gəlib

İstanbul derbisi: "Qalatasaray" "Beşiktaş"a qalib gəlib Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi gerçəkləşib.
Futbol
14 Mart , 2022 23:00
İstanbul derbisi: Qalatasaray Beşiktaşa qalib gəlib

Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi gerçəkləşib.

"Report"un məlumatına görə, XX tur qarşılaşmasında "Qalatasaray" "Beşiktaş"ı qəbul edib. "NEF Stadionu"nda təşkil olunan matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 22-ci dəqiqədə "Cim-Bom"un futbolçusu Kerem Aktürkoğlu açıb. 24 yaşlı yarımmüdafiəçi 10 dəqiqə sonra komandasının üstünlüyünü 2 topa çatdırıb. Hər iki qolun ötürməsini Mustafa Məhəmməd edib. 85-ci dəqiqədə Rıdvan Yılmaz hesab arasındakı fərqi azaltsa da, qonaqların bundan artığına gücü çatmayıb.

Bu nəticədən sonra xallarını 35-ə çatdıran "Qalatasaray" 11-ci pilləyə yüksəlib. "Beşiktaş" isə 45 xalla 8-ci sırada qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi