İspaniya yığmasının futbolçusunda COVID-19 aşkarlanıb

İspaniya yığmasının futbolçusunda COVID-19 aşkarlanıb İspaniya seçməsinin düşərgəsində koronavirus xəstəsi aşkarlanıb.
Futbol
9 İyun , 2021 04:12
İspaniya yığmasının futbolçusunda COVID-19 aşkarlanıb

İspaniya seçməsinin düşərgəsində koronavirus xəstəsi aşkarlanıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, futbol üzrə İspaniya milli komandasının mərkəz müdafiəçisi Dieqo Lorentedən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Komanda təcrid rejimində Avropa çempionatına hazırlaşmağa davam edəcək.

Xatırladaq ki, 6 iyun tarixində İspaniya millisinin mətbuat xidməti komandanın kapitanı Serxio Busketsin koronavirusa yoluxduğunu bildirmişdi.

Son xəbərlər

Orphus sistemi