İspaniya millisi 17 ildən sonra ilk dəfə seçmə mərhələ oyununda qol vura bilməyib

İspaniya millisi 17 ildən sonra ilk dəfə seçmə mərhələ oyununda qol vura bilməyib İspaniya millisi 17 ildən sonra ilk dəfə Avropa çempionatının seçmə mərhələ oyununda qol vura bilməyib.
Futbol
29 Mart , 2023 09:43
İspaniya millisi 17 ildən sonra ilk dəfə seçmə mərhələ oyununda qol vura bilməyib

İspaniya millisi 17 ildən sonra ilk dəfə Avropa çempionatının seçmə mərhələ oyununda qol vura bilməyib.

“Report” xəbər verir ki, bu, AVRO-2024-ün seçmə mərhələsinin II turunda Şotlandiya ilə matçda baş verib.

Qlazqoda keçirilən görüşdə britaniyalılar 2:0 hesablı qələbə qazanıblar. İspanlar buna qədər keçirdikləri 38 matçın hamısında fərqlənməyi bacarıblar. “Buğalar” sonuncu dəfə 2006-cı ildə İsveçlə (0:2) qarşılaşmada rəqib qapısına yol tapa bilməmişdilər. Geridə qalan 38 görüş ərzində İspaniya yığması 100 dəfə fərqlənib ki, orta hesabla hər oyuna 2,6 qol düşür.

Bundan başqa, Luis Enrikenin rəhbərlik etdiyi komanda 2016-cı ildən bəri ilk dəfə ən azı iki top fərqi ilə uduzub. Yığma axırıncı dəfə AVRO-2016-da İtaliyaya 0:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, İspaniya millisi AVRO-2024-ün seçmə mərhələsinin ilk iki turunda 3 xal toplayıb. A qrupuna 6 xalla Şotlandiya başçılıq edir.

Son xəbərlər

Orphus sistemi