İspaniya Kubokunun ilk finalçısı müəyyənləşdi

İspaniya Kubokunun ilk finalçısı müəyyənləşdi Avropa Liqasının son qalibi “Sevilya” ilə “Barselona”nın İspaniya çempionatının yarımfinal mərhələsinin cavab görüşü yekunlaşıb.
Futbol
4 Mart , 2021 02:48
İspaniya Kubokunun ilk finalçısı müəyyənləşdi

İspaniya çempionatının yarımfinal mərhələsində Avropa Liqasının son qalibi “Sevilya” ilə “Barselona” arasında cavab görüşü keçirilib.

“Report” xəbər verir ki, hesabı 12-ci dəqiqədə “Barselona”nın hücumçusu Usman Dembele açıb. Oyunun sonlarında hakim “Sevilya”nın futbolçusu Fernandonu meydandan qovub.

Gərgin keçən qarşılaşmada Pike klubunu məğlubiyyətdən qurtarıb. O, 94-cü dəqiqədə rəqib qapısına yol tapıb.

İlk görüşdə “Sevilya” “Barselona”ya 2:0 hesabı ilə qalib gəldiyi üçün bərabərlik yaranıb və matçın vaxtı uzadılıb.

“Barselona” komandasına qələbə qazandıran qolu oyuna əlavə olunmuş dəqiqələrdə Martin Bartvaytın vurduğu qol gətirib.

Beləliklə, “Barselona” İspaniya Kubokunun finalına yüksəlib və “Sevilya” turnirdəki iştirakını dayandırıb.

Son xəbərlər

Orphus sistemi