Azərbaycan millisinin oyununa qadın hakim təyinat alıb

Azərbaycan millisinin oyununa qadın hakim təyinat alıb DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək İrlandiya - Azərbaycan oyununun hakimləri bəlli olub.
Futbol
870
2 Sentyabr , 2021 12:14
Azərbaycan millisinin oyununa qadın hakim təyinat alıb
Stefani Frappar

2022-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələsində keçiriləcək İrlandiya - Azərbaycan oyununun təyinatları açıqlanıb.

"Report"un məlumatına görə, qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Jerom Brisara yan xətt hakimləri Benjamen Pejes və Ervan Finjan köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Mikael Lezaj yerinə yetirəcək.

Var sisteminə qadın referi Stefani Frappar nəzarət edəcək.

Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək İrlandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi