"İnter" yeni transferini açıqlayıb

"İnter" yeni transferini açıqlayıb İtaliyanın "İnter" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
26 Avqust , 2021 16:53
İnter yeni transferini açıqlayıb
Xoakin Korrea

İtaliyanın "İnter" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" Milan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu argentinalı Xoakin Korrea ilə anlaşıb.

27 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Xoakin Korrea son olaraq İtaliyada "Latsio"nun formasını geyinib.

İngilis versiyası Inter announces new transfer

Son xəbərlər

Orphus sistemi