"İnter" ilan dərisi dizaynında forma hazırlatdı

"İnter" ilan dərisi dizaynında forma hazırlatdı İtaliya "İnter"i 2021/2022 mövsümü üçün yeni ev forma dəstini təqdim edib.
Futbol
156
13 İyul , 2021 18:45
İnter ilan dərisi dizaynında forma hazırlatdı

İtaliya "İnter"i 2021/2022 mövsümü üçün yeni ev forma dəstini təqdim edib.

"Report"un məlumatına görə, futbolkanın dizaynında ilan dərisinin obrazından istifadə olunub. "İlanlar" - komandanın ləqəblərindən biridir. Forma üçün rənglər ənənəvi göy və qara seçilib.

Klubun tvitter hesabındakı paylaşımında "Milanın yeni dərisi" yazılıb.

Qeyd edək ki, "İnter" 2020/2021 mövsümündə İtaliya çempionu olub.

Son xəbərlər

Orphus sistemi