İngiltərə Premyer Liqası: “Mançester Siti” minimal hesabla qələbə qazanıb

İngiltərə Premyer Liqası: “Mançester Siti” minimal hesabla qələbə qazanıb İngiltərə Premyer Liqasının doqquzuncu turunda “Mançester Siti” öz meydanında “Brayton”u qəbul edib.
Futbol
21 Oktyabr , 2023 20:32
İngiltərə Premyer Liqası: “Mançester Siti” minimal hesabla qələbə qazanıb

İngiltərə Premyer Liqasının doqquzuncu turunda “Mançester Siti” öz meydanında “Brayton”u qəbul edib.

“Report” xəbər verir ki, qarşılaşma “Siti of Mançeser” stadionunda baş tutub.

Matçın birinci hissəsi “şəhərlilər”in tam üstünlüyü ilə keçib. Ev sahibləri oyunun ilk 20 dəqiqəsində 2 dəfə qol vuraraq müəyyən komfort qazanıblar. Belə ki, 7-ci dəqiqədə Xulian Alvares fərqlənib, 12 dəqiqə sonra isə Erlinq Holann qola imza atıb – 2:0.

Matçın ikinci yarısında isə “Brayton” təşəbbüsü ələ alıb və 73-cü dəqiqədə hesabdakı fərqi minimuma endirib: ispaniyalı Ansu Fati topu tora göndərib. 95-ci dəqiqədə isə Pep Qvardiolanın yetirmələri azlıqda qalıblar: Manuel Akanci ikinci dəfə sarı vərəqə alaraq meydandan qovulub. “Qağayılar” təzyiqinə baxmayaraq, matçda hesab dəyişməyib. Beləliklə, oyun “Mançester Siti”nin “Brayton” üzərində 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 9 oyundan sonra “Mançester Siti”nin aktivində 21 xal var. “Şəhərlilər” turnir cədvəlində 20 xala malik “Liverpul”u ötərək azı müvəqqəti də olsa, zirvəyə yüksəliblər. “Brayton” isə 16 xalla 7-ci pillədə qərarlaşıb.

“Siti”nin ən yaxın təqibçiləri “qırmızılar”la yanaşı Londonun “Tottenhem” və “Arsenal” komandalarıdır. Hər iki komandanın aktivində 20 xal var.

Son xəbərlər

Orphus sistemi