“Mançester Siti” ardıcıl dördüncü dəfə məğlub olub
Futbol
- 09 noyabr, 2024
- 19:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərə Premyer Liqasının XI turunda “Brayton” “Mançester Siti”ni qəbul edib.
“Report” xəbər verir ki, baş hakim Semuel Berrottun idarə etdiyi matç "Falmer" stadionunda baş tutub.
Qonaqlar 23-cü dəqiqədə Erlinq Holannın sayəsində hesabı açıblar. 78-ci dəqiqədə isə Xuan Pedro bərabərliyi təmin edib. Cəmi 5 dəqiqə sonra Premyer Liqada debüt oyununa çıxan danimarkalı Mett O’Rayli dəqiq zərbə ilə özünün ilk, meydan sahiblərinin isə qələbə qoluna imza atıb – 2:1.
Bu, “Mançester Siti”nin Premyer Liqada ardıcıl ikinci, bütün turnirlərdə isə dördüncü məğlubiyyəti olub.
Bu qələbə ilə “Brayton” 19 xalla turnir cədvəlində dördüncü pilləyə yüksəlib. “Mançester Siti” isə 23 xalla ikinci pillədə qalıb.
Son xəbərlər
09:28
Azərbaycan Gürcüstanla enerji əməkdaşlığını müzakirə edib
Energetika
09:11
FIBA Avropa Kuboku: "LANDAU Lİons" "Previdza" ilə qarşılaşacaq
Komanda
09:10
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (18.11.2026)
Maliyyə
09:09
İtaliyanın xüsusi təyinatlıları ukraynalı döyüş üzgüçülərini hazırlayır
Digər ölkələr
09:07
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (18.11.2026)
Maliyyə
09:06
Foto
"Eternity-2026" təliminin iştirakçıları Zəfər Parkını ziyarət ediblər
Hərbi
09:00
FIBA Avropa Kuboku: "Neftçi" bu gün səfərdə Latviya komandası ilə üz-üzə gələcək
Komanda
08:50
Çin Ümumdünya Ticarət Təşkilatında islahatların tərəfdarıdır
Digər ölkələr
08:31
BSTDB-nin Azərbaycandakı layihələr üzrə ödənişləri 720 milyon avronu ötüb
Maliyyə