İngiltərə Premyer Liqası: Liverpul derbisində hesab açılmayıb

İngiltərə Premyer Liqası: Liverpul derbisində hesab açılmayıb Futbol üzrə İngiltərə Premyer Liqasının VI turunda Mersisayd derbisi keçirilib.
Futbol
3 sentyabr 2022 13:25
İngiltərə Premyer Liqası: Liverpul derbisində hesab açılmayıb

Futbol üzrə İngiltərə Premyer Liqasının VI turunda Mersisayd derbisi keçirilib.

"Report"un məlumatına görə, "Everton" "Liverpul"u qəbul edib.

"Qudison Park" stadionunda keçirilən Liverpul derbisi qolsuz bərabərliklə başa çatıb. Meydan sahiblərinin heyətində Konor Koudi 69-cu dəqiqədə topu rəqib qapısından keçirsə də, VAR sisteminə baxılaraq qolun oyundankənar vəziyyətdən vurulduğu müəyyən edilib.

"Liverpul" hazırda 9 xalla 5-ci, "Everton" isə 4 xalla 14-cü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi