İngiltərə Premyer Liqası: “Arsenal” “Bornmut”a məğlub olub

İngiltərə Premyer Liqası: “Arsenal” “Bornmut”a məğlub olub Çempionluq uğrunda yarışan “Arsenal” gözlənilmədən liqada qalmaq uğrunda mübarizə aparan “Bornmut”a 2:0 hesabı ilə məğlub olub.
Futbol
19 Oktyabr , 2024 22:48
İngiltərə Premyer Liqası: “Arsenal” “Bornmut”a məğlub olub

İngiltərə Premyer Liqasında çempionluq uğrunda yarışan “Arsenal” çempionatda qalmaq uğrunda mübarizə aparan “Bornmut”a gözlənilmədən 0:2 hesabı ilə məğlub olub.

“Report” xəbər verir ki, “Vitaliti Stedium”da baş tutan matçı baş hakim Robert Cons idarə edib.

30-cu dəqiqədə “topçular”ın müdafiəçisi Vilyam Saliba meydandan qovulub. Təşəbbüsü ələ alan “albalılar" hesabı 70-ci dəqiqədə açıb. Şotlandiyalı Rayan Kristi niderlandlı Castin Klüyvertin ötürməsindən sonra topu tora göndərib. Cəmi 9 dəqiqə sonra məhsuldar ötürmənin müəllifi bu dəfə penaltidən fərqlənməklə yekun hesabı müəyyənləşdirib - 2:0.

Qeyd edək ki, londonlular səkkiz oyundan sonra 17 xalla üçüncü pillədə qərarlaşıb. “Bornmut” isə 11 xalla onuncudur.

Son xəbərlər

Orphus sistemi