Onların hücumçuları istənilən komandaya problem yarada bilər.
"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt AVRO-2024-ün qrup mərhələsinin I turu çərçivəsində qarşılaşacaqları Serbiya ilə oyun haqqında danışarkən deyib.
Mütəxəssis qələbə üçün əllərindən gələni edəcəklərini söyləyib: "Onların yaxşı oyunçuları və fantastik komanda ruhu var. Bilirik ki, bu, çətin açılış oyunudur və matçda qələbə üçün əlimizdən gələni etməliyik. Draqan Stoykoviçin bir sıra variantları var, bilirik ki, onlar müxtəlif formalarda oynaya bilər. Onların müəyyən oyun üslubu var. Biz bunun öhdəsindən gəlməyi bacarmalıyıq və rəqibin zəif tərəflərindən istifadə etməyə çalışmalıyıq”.
Qeyd edək ki, C qrupunda baş tutacaq İngiltərə - Serbiya matçının start fiti bu gün, saat 23:00-da səsləndiriləcək.