İngiltərə millisi Avropa çempionatında öz rekordunu yeniləyib

İngiltərə millisi Avropa çempionatında öz rekordunu yeniləyib İngiltərə millisi Avropa çempionatında öz rekordunu yeniləyib.
Futbol
26 İyun , 2024 02:08
İngiltərə millisi Avropa çempionatında öz rekordunu yeniləyib

İngiltərə millisi Avropa çempionatında öz rekordunu yeniləyib.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda ardıcıl 4-cü dəfə Avropa çempionatlarında qrup mərhələsini uduzmadan adlayıb.

Komanda ardıcıl beşinci dəfə Avropa çempionatlarında pley-offa vəsiqə qazanıb. Bundan başqa, Qaret Sautqeytin rəhbərlik etdiyi kollektiv Avropa çempionatlarının qrup mərhələlərində keçirdiyi son 14 matçda məğlub olmayıb.

Qeyd edək ki, İngiltərə millisi AVRO-2024-ün qrup mərhələsinin III turu çərçivəsində Sloveniya ilə qarşılaşıb. Qolsuz bitən görüşdən sonra komanda qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi