İngiltərədə futbolçu ilk dəfə matçdan əvvəl diz çökməkdən imtina etdi

İngiltərədə futbolçu ilk dəfə matçdan əvvəl diz çökməkdən imtina etdi Londonun "Kristal Pelas" komandasının yarımmüdafiəçisi Uilfred Zaha İngiltərə Premyer Liqasında matçdan əvvəl diz çökmək mərasiminə etinasızlıq nümayiş etdirib
Futbol
14 Mart , 2021 00:53
İngiltərədə futbolçu ilk dəfə matçdan əvvəl diz çökməkdən imtina etdi
Uilfred Zaha

Londonun "Kristal Pelas" futbol komandasının yarımmüdafiəçisi Uilfred Zaha İngiltərə Premyer Liqasında matçdan əvvəl diz çökmək mərasiminə etinasızlıq nümayiş etdirib.

“Report” xəbər verir ki, bu barədə “The Telegraph” bildirib.

Qeyd edilir ki, "Vest Bromviç Albion"a qarşı oyundan əvvəl digər futbolçular bir dizləri üstə çöküblər, amma Uilfred Zaha qollarını arxasında çarpazlayaraq dayanıb.

Zaha daha əvvəl “Black Lives Matter" ("Qaraların həyatı əhəmiyyətlidir") həmrəylik forması aksiyasını açıq şəkildə tənqid edib.

Son xəbərlər

Orphus sistemi