"İmişli" klubunun baş məşqçi postuna namizədlər müəyyənləşib
Futbol
- 07 iyun, 2024
- 09:27
Bir neçə gün Əsgər Abdullayevlə yolları ayıran "İmişli" klubunun baş məşqçi postuna namizədlər müəyyənləşib.
Bunu "Report"a açıqlamasında I Liqa təmsilçisinin icraçı direktoru Aqşin Mürsəlov deyib.
Onun sözlərinə görə, Ə.Abdullayevin gedişindən sonra boş qalan posta "Araz-Naxçıvan" klubunun sabiq baş məşqçisi Azər Bağırov, hazırda "Qaradağ Lökbatan"ı çalışdıran Azər Həşimov, həmçinin ötən ildən İmişli təmsilçisi ilə əməkdaşlıq edən gənc mütəxəssis Fərid Namazov namizəddir.
Klub hələ ki, qərar verməyə tələsmir. Bu məsələ AFFA-nın I Liqa klubları üçün ayıracağı büdcədən asılı olacaq.
Qeyd edək ki, "İmişli" Azərbaycan I Liqasında 2023/2024 mövsümünü 47 xalla 4-cü pillədə başa vurub. Klub ötən həftə baş məşqçi Əsgər Abdullayevlə yolları ayırıb.
Son xəbərlər
19:59
Azərbaycan və Afrika ölkələri arasında əlaqələrin inkişafı müzakirə edilib
Biznes19:58
İtaliya şirkəti Azərbaycanda plazma preparatları istehsalı və tədqiqat mərkəzi qurmağı planlaşdırır
Biznes19:57
Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirib
Futbol19:56
Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib
Biznes19:55
Foto
"Beynəlxalq maliyyə əməkdaşlığı: inkişaf üçün tərəfdaşlıqların qurulması" mövzusunda sessiya təşkil olunub
Biznes19:53
Foto
AIIF 2026 çərçivəsində aqrobiznesdə innovasiyalar və texnoloji inkişaf müzakirə edilib
Biznes19:50
Foto
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri atəş dəstəyi altında himayəli irəliləmə tapşırıqlarını icra ediblər
Hərbi19:50
Foto
Ceyhun Bayramov sloveniyalı həmkarı ilə ikitərəfli gündəliyi nəzərdən keçirib
Xarici siyasət19:49