İlin ən yaxşı baş məşqçisi adına 3 namizəd qaldı

İlin ən yaxşı baş məşqçisi adına 3 namizəd qaldı FIFA ilin ən yaxşı baş məşqçisi adına namizədlərin yenilənmiş siyahısını açıqlayıb.
Futbol
11 Dekabr , 2020 20:22
İlin ən yaxşı baş məşqçisi adına 3 namizəd qaldı

FIFA ilin ən yaxşı baş məşqçisi adına namizədlərin yenilənmiş siyahısını açıqlayıb.

"Report" xəbər verir ki, "The Best" mükafatına iddialıların sayı 3-ə endirilib.

Bunlar İngiltərə "Liverpul"undan Yurgen Klopp, "Lids Yunayted"dən Marselo Byelsa və Almaniya "Bavariya"sından Hans-Diter Flikdir.

Qadınlardan isə Emma Heys (İngiltərə "Çelsi"), Jan-Lük Vasser (Fransa, "Lion") və Zarina Viqman (Hollandiya millisi) "3-lüy"ə düşüb.

Qeyd edək ki, "The Best" mükafatı dekabrın 17-də təqdim olunacaq. Tədbir onlayn formatda təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi