İldırım vuran futbolçu komadan çıxdı

Futbol
  • 09 iyul, 2020
  • 14:06
İldırım vuran futbolçu komadan çıxdı

Bir müddət öncə məşq zamanı ildırım vuran Rusiyanın "Znamya Truda" klubunun futbolçusu İvan Zaborovski süni komadan çıxıb.

"Report"un məlumatına görə, bu barədə RİA-ya açıqlamasında komandanın kapitanı Vitali Çilyuşkin deyib.

O bildirib ki, 16 yaşlı qolkiperin vəziyyəti yaxşıdır. Çilyuşkinin sözlərinə görə, gənc oyunçu 2 həftədən sonra məşqlərə başlayacaq.

44 filmi