İbrahimoviçin koronavirus testi növbəti dəfə müsbət oldu

İbrahimoviçin koronavirus testi növbəti dəfə müsbət oldu İtaliyanın "Milan" klubunun futbolçuları Zlatan İbrahimoviç və Leonardo Duarte yenidən koronavirus testindən keçib.
Futbol
8 Oktyabr , 2020 18:31
İbrahimoviçin koronavirus testi növbəti dəfə müsbət oldu
Zlatan İbrahimoviç

İtaliyanın "Milan" klubunun futbolçuları Zlatan İbrahimoviç və Leonardo Duarte yenidən koronavirus testindən keçib.

"Report" "Sky Sport" nəşrinə istinadən xəbər verir ki, hər iki oyunçunun testi müsbət nəticələnib.

Duarte sentyabrın 23-də, İbrahimoviç isə bir gün sonra koronavirusa yoluxub. 39 yaşlı hücumçunun A Seriyasının IV turunda "İnter"lə matçı buraxmaq ehtimalı yüksəkdir.

Qeyd edək ki, oktyabrın 17-də keçiriləcək "İnter" - "Milan" matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi