İbrahimoviç klub karyerasında 500-cü qolunu vurub

İbrahimoviç klub karyerasında 500-cü qolunu vurub İtaliyanın "Milan" komandasının futbolçusu Zlatan İbrahimoviç klub karyerasında 500-cü qoluna imza atıb.
Futbol
7 Fevral , 2021 18:53
İbrahimoviç klub karyerasında 500-cü qolunu vurub
Zlatan İbrahimoviç

İtaliyanın "Milan" komandasının futbolçusu Zlatan İbrahimoviç klub karyerasında 500-cü qoluna imza atıb.

"Report"un məlumatına görə, isveçli hücumçu bu uğura A Seriyasının XXI turunun "Krotone" ilə ev oyununda nail olub. 40 yaşlı forvard 31-ci dəqiqədə fərqlənib.

Hazırda sözügedən qarşılaşmada ilk hissədən sonra hesab meydan sahiblərinin xeyrinədir - 1:0.

Qeyd edək ki, Zlatan İbrahimoviç "Milan"dan başqa, ölkəsində "Malmö", Niderlandda "Ayaks", İtaliyada "Yuventus" və "İnter", Fransa PSJ, İngilətərədə "Mançester Yunayted" və ABŞ-da "Los-Anceles Qelaksi" klublarının da formasını geyinib.

Son xəbərlər

Orphus sistemi