İbrahimoviç haqqında filmin premyerası təxirə salınıb

İbrahimoviç haqqında filmin premyerası təxirə salınıb İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç haqqında çəkilmiş "Mən Zlatanam" adlı filmin premyerası təxirə salınıb.
Futbol
23 Avqust , 2021 17:07
İbrahimoviç haqqında filmin premyerası təxirə salınıb

İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç haqqında çəkilmiş "Mən Zlatanam" adlı filmin premyerası təxirə salınıb.

"Report"un məlumatına görə, bu barədə isveçli hücumçu sosial şəbəkə hesabında paylaşım edib.

O, treylerin ilkin nümayişinin 2022-ci il yanvarın 14-də olacağını açıqlayıb.

Premyera əvvəlcə sentyabrın 10-na planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən çəkilişlər gecikib.

Treylerdə isveçli hücumçunun gənclik dövründən formalaşmağa başlaması əksini tapıb. Onun rolunu aktyorlar yerinə yetirirlər.

Qeyd edək ki, Zlatan İbrahimoviç İsveç "Malmö"sünün (1999 - 2001) yetirməsidir. O, daha sonra Niderlandın "Ayaks", İtaliyanın "Yuventus", "İnter" və "Milan", İspaniyanın "Barselona", Fransanın PSJ, İngiltərənin "Mançester Yunayted" və ABŞ-ın "Los-Anceles Qelaksi" komandalarında oynayıb. 2001 - 2016-cı illərdə İsveç yığmasının formasını geyinmiş İbrahimoviç ötən mövsüm "Milan"a qayıdıb. Təcrübəli forvard yığmaya da dönməsinə baxmayaraq, zədə üzündən AVRO-2020-ni buraxmalı olub.

Son xəbərlər

Orphus sistemi