İbrahimoviç Avropanın "Top-5" liqalarında yubiley qolunu vurub

İbrahimoviç Avropanın "Top-5" liqalarında yubiley qolunu vurub İtaliya "Milan"ının futbolçusu Zlatan İbrahimoviç Avropanın "Top-5" liqalarında 300-cü qolunu vurub.
Futbol
12 Dekabr , 2021 09:59
İbrahimoviç Avropanın Top-5 liqalarında yubiley qolunu vurub

İtaliya "Milan"ının futbolçusu Zlatan İbrahimoviç Avropanın "Top-5" liqalarında 300-cü qolunu vurub.

"Report"un məlumatına görə, isveçli hücumçu buna "Udineze" ilə 1:1 hesablı heç-heçə etdikləri A Seriyasının XVII tur oyununda fərqlənməklə nail olub.

Matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə rəqib qapısına yol tapan 40 yaşlı forvard komandasını məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, XXI əsrdə yalnız Fransa PSJ-sinin futbolçusu Lionel Messi (475 qol) ilə İngiltərənin "Mançester Yunayted" klubunda çıxış Kriştianu Ronaldu (483 qol) "Top-5" liqalarda Zlatan İbrahimoviçdan çox qol vurub. Təcrübəli qolçu "Milan"dan əvvəl İspaniyanın "Barselona", İtaliyanın "Yuventus" və "İnter", həmçinin "Mançester Yunayted" və PSJ klublarının formasını geyinib.

Son xəbərlər

Orphus sistemi