İtaliya Kuboku: "Latsio" 1/4 finalda "İnter"lə qarşılaşacaq - VİDEO

İtaliya Kuboku: "Latsio" 1/4 finalda "İnter"lə qarşılaşacaq - VİDEO Komanda 1/8 finalda "Cenoa"nı mübarizədən kənarlaşdırıb
Futbol
19 Yanvar , 2017 04:58
İtaliya Kuboku: Latsio 1/4 finalda İnterlə qarşılaşacaq - VİDEO

Bakı. 19 yanvar. REPORT.AZ/ Romanın "Latsio" klubu futbol üzrə İtaliya Kubokunun 1/8 final görüşünün ev matçında "Cenoa" üzərində 4:2 hesabı ilə qələbə qazanaraq ¼ finala çıxıb. Komanda ¼-də Milanın "İnter" kollektivi ilə qarşılaşacaq.

"Report" xəbər verir ki, qalib komandanın heyətində Filipp Corceviç (20-ci diqiqə), Uesli Hudt (31), Sergey Milinkoviç-Saviç (70) və Çiro İmmobile (75) fərqlənib.

"Cenoa"nın qollarını Maurisio Penilya (41) və Qoran Pandev (45) vurub.

Son xəbərlər

Orphus sistemi