İsveçrə Baş Prokurorluğu Almaniyanın əfsanəvi futbolçusuna qarşı cinayət işi açıb

Futbol
  • 01 sentyabr, 2016
  • 11:49
İsveçrə Baş Prokurorluğu Almaniyanın əfsanəvi futbolçusuna qarşı cinayət işi açıb
Frants Bekkenbauer

Bakı. 1 sentyabr. REPORT.AZ/ İsveçrə Baş Prokurorluğu Almaniyanın keçmiş futbolçusu Frants Bekkenbauerə qarşı antikorrupsiya istintaqına başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, Almaniya KİV-in bu barədə yaydığı məlumatı İsveçrənin istintaq idarəsi təsdiqləyib.

F.Bekkenbauerə qarşı "çirkli pulların yuyulması" və "qanundankənar varlanma" ittihamları irəli sürülüb.

O, 2006-cı ildə Almaniyada keçirilən futbol üzrə dünya çempionatının Təşkilat Komitəsinə başçılıq edib.

Qeyd edək ki, bu ilinin fevralında FİFA-nın Etika Komitəsi Almaniya və dünya futbolunun 71 yaşlı əfsanəsi Frants Bekkenbaueri 7 min İsveçrə frankı məbləğində cərimələyib. Səbəb kimi Bekkenbauerin Etika Komitəsinin Nizamnaməsinin 42-ci maddəsinə əsasən əməkdaşlıq öhdəliyini pozması göstərilmişdi. Keçmiş futbolçu komitə tərəfindən aparılan araşdırmalara futbol rəsmisi kimi davranışı ilə dəstək vermədiyi üçün cərimələnib. Bu isə Komitənin Nizamnaməsinin uyğun maddəsinin pozulması deməkdir.