İspaniyanın "Barselona" klubu 16 il ərzində ilk dəfə yetirmələri olmadan oyuna çıxıb

İspaniyanın "Barselona" klubu 16 il ərzində ilk dəfə yetirmələri olmadan oyuna çıxıb Bakı. 18 aprel. REPORT.AZ/ İspaniyanın Barselona klubu böyük fasilədən sonra ilk dəfə start heyətində yetirmələri olmadan oyuna çıxıb.
Futbol
18 Aprel , 2018 16:21
İspaniyanın Barselona klubu 16 il ərzində ilk dəfə yetirmələri olmadan oyuna çıxıb

Bakı. 18 aprel. REPORT.AZ/ İspaniyanın "Barselona" klubu böyük fasilədən sonra ilk dəfə start heyətində yetirmələri olmadan oyuna çıxıb.

"Report"un məlumatına görə, Kataloniya təmsilçisi İspaniya La Liqasının 33-cü turunda "Selta" ilə matçda (2:2) 16 illik seriyasını qırıb. 

Sözügedən görüşün start heyətində "Barselona"nın yetirməsi olmayıb. Klub akademiyasının üzvlərindən Andres İnyesta və Jerar Pike oyunun iştirak ərizəsinə salınmayıb. Serxio Roberto və Lionel Messi isə ikinci hissədə meydana daxil olub.

Son xəbərlər

Orphus sistemi