İspaniya yığmasının məşqçisi Kasilyasın DÇ-2018-də iştirakını istisna etməyib

İspaniya yığmasının məşqçisi Kasilyasın DÇ-2018-də iştirakını istisna etməyib Lopeteqi: "Biz milli komandanın qapılarını heç kimin üzünə bağlamırıq"
Futbol
9 Noyabr , 2017 07:38
İspaniya yığmasının məşqçisi Kasilyasın DÇ-2018-də iştirakını istisna etməyib

Bakı. 9 noyabr. REPORT.AZ/ Portuqaliyanın "Portu" klubunun 36 yaşlı qapıçısı İker Kasilyas 2018-ci ilin yayında Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında iştirak etmək şanslarını saxlayır.

“Report” xəbər verir ki, bunu çempionata vəsiqəni təmin edən İspaniya milli komandasının baş məşqçisi Julen Lopeteqi deyib.

"İker yığmaya qayıda bilər. Biz milli komandanın qapılarını heç kimin üzünə bağlamırıq", - deyə "Marca" nəşri məşqçinin sözlərini sitat gətirib.

Kasilyas sonuncu dəfə İspaniya yığmasında 1 iyun 2016-cı il tarixində oynayıb.

Son xəbərlər

Orphus sistemi