Xorvatiya yığmasının daha bir futbolçusu Azərbaycan millisi ilə oyunu buraxacaq

Xorvatiya yığmasının daha bir futbolçusu Azərbaycan millisi ilə oyunu buraxacaq Bakı. 28 yanvar. REPORT.AZ/ Xorvatiya milli komandasının və İtaliyanın İnter klubunun futbolçusu Şime Vrsalko əməliyyat olunacaq.
Futbol
28 Yanvar , 2019 17:43
Xorvatiya yığmasının daha bir futbolçusu Azərbaycan millisi ilə oyunu buraxacaq

Bakı. 28 yanvar. REPORT.AZ/ Xorvatiya milli komandasının və İtaliyanın "İnter" klubunun futbolçusu Şime Vrsalko əməliyyat olunacaq.

"Report" "Corriere dello Sport"a istinadən xəbər verir ki, müqavilə ilə İspaniya "Atletiko"suna məxsus olan 29 yaşlı müdafiəçi mövsümü başa vurduğu üçün komanda yoldaşları ilə vidalaşaraq Madridə yollanıb.

Onun 6-8 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb. Vrsalko AVRO-2020-nin seçmə mərhələsinin I turundakı Azərbaycan millisi ilə matçda da iştirak etməyəcək.

Qeyd dək ki, Xorvatiya – Azərbaycan matçı martın 21-də keçiriləcək. Daha öncə Xorvatiya yığmasının digər müdafiəçisi Deyan Lovrenin cəzalandığı üçün həmin oyunda iştirak etməyəcəyi dəqiqləşib. Ş.Vrsalko icarə əsasında "İnter"də çıxış edir. Onun icarə müddəti mövsümün sonunda başa çatır.

Son xəbərlər

Orphus sistemi