İngiltərənin "Lester" klubunun sahibi vertolyot qəzası nəticəsində ölüb

İngiltərənin "Lester" klubunun sahibi vertolyot qəzası nəticəsində ölüb Bakı. 28 oktyabr. REPORT.AZ/ İngiltərə Premyer Liqasında çıxış edən Lester Siti futbol klubunun sahibi Vişay Şrivaddanaprabha vertolyot qəzası nəticəsində ölüb.
Futbol
305
28 Oktyabr , 2018 03:48
İngiltərənin Lester klubunun sahibi vertolyot qəzası nəticəsində ölüb

Bakı. 28 oktyabr. REPORT.AZ/ İngiltərə Premyer Liqasında çıxış edən "Lester Siti" futbol klubunun sahibi Vişay Şrivaddanaprabha vertolyot qəzası nəticəsində ölüb.

"Report" "Sky Sports" telekanalına istinadən xəbər verir ki, ilkin məlumata görə, vertolyot idarəetməni itirib və "Kinq Pauer" stadionu yaxınlığında qəzaya uğrayıb.

Klub nümayəndələri tərəfindən hadisə ilə bağlı hələ ki, heç bir rəsmi münasibət bildirilməyib.

Vişay Şrivaddanaprabha "King Power Duty Free" gömrüksüz ticarət mağazalar şəbəkəsinin təsisçisi və baş direktorudur. O, 2011-ci ildə "Lester Siti" klubunu alıb və komanda 2016-cı ildə İngiltərə çempionu olub.

Son xəbərlər

Orphus sistemi