İngiltərə Premyer Liqası: "Mançester Siti" "Çelsi"yə qalib gəlib

Futbol
  • 23 noyabr, 2019
  • 21:54
İngiltərə Premyer Liqası: Mançester Siti Çelsiyə qalib gəlib

"Mançester Siti" İngiltərə Premyer Liqasının 13-cü turunda "Çelsi" ilə qarşılaşıb.

"Report" xəbər verir ki, qarşılaşma Mançesterdə "Etihad Stedium"da baş tutub və meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Şəhərlilər"in heyətində Kevin de Bryoyne, Riyad Marez və Rahim Sterlinq Kevini fərqləniblər. "Çelsi"nin yeganə qolunu N'Qolo Kante vurub.

"Mançester Siti" bu qələbə sayəsində İngiltərə Premyer Liqasının yarış cədvəlində "Çelsi"ni qabaqlayıb. Komanda hazırda üçüncü yerdə qərarlaşıb.

44 filmi