Bakı. 8 yanvar. REPORT.AZ/ Futbol üzrə İngiltərə Kubokunun 1/16 final mərhələsinin püşkatma mərasimi olub.
“Report” xəbər verir ki, matçlar 25-28 yanvar tarixlərində oynanılacaq.
Püşkatmanın nəticələri aşağıdakı kimidir:
"Arsenal" — "Mançester Yunayted"
"Mançester Siti" — "Bernli"
"Çelsi" — "Luton Taun/Şeffild Uensdey"
"Kristal Pelas" — "Tottenhem Hotspur"
"Milluoll" — "Everton"
"Blekbörn Rovers/Nyukasl Yunayted" — "Uotford"
"Akkrinqton Stenli" — "Sauthempton/Derbi Kaunti"
"Stok Siti/Şrusberi Taun2 — "Vulverhempton"
"Brayton end Houv Albion" — "Vest Bromviç Albion"
"Bristol Siti" — "Bolton Uonderers"
"Donkaster Rovers" — "Oldhem Atletik"
"Portsmut" — "Kuinz Park Reyncers"
"Midlsbro" — "Nyuport Kaunti"
"Barnet" — "Brentford"
"Suonsi Siti" — "Qillingem"
"Uimbldon" — "Vest Hem Yunayted"
Ötən mövsüm turnirin qalibi Londonun "Çelsi" klubu olub.