İngiltərə klubunun yeni baş məşqçisi bəlli olub

Futbol
  • 31 may, 2018
  • 14:34
İngiltərə klubunun yeni baş məşqçisi bəlli olub

Bakı. 31 may. REPORT.AZ/ İngiltərənin "Everton" klubunun yeni baş məşqçisi müəyyənləşib.

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, kollektiv Marko Silvaya tapşırılıb. 

41 yaşlı mütəxəssislə bağlanılmış müqavilənin detalları hələlik məlum deyil.

Qeyd edək ki, Marko Silva İngiltərədə "Hal Siti" və "Uotford" klublarına rəhbərlik edib. O həmçinin Yunanıstanın "Olimpiakos" komandası ilə ölkə çempionluğunu qazanıb.