İngiltərə klubları koronavirusa görə 1,3 milyard avro itirə bilərlər

İngiltərə klubları koronavirusa görə 1,3 milyard avro itirə bilərlər İngiltərə Premyer Liqasında cari mövsüm bərpa olunmayacağı təqdirdə, klubların itirəcəyi məbləğ açıqlanıb.
Futbol
179
4 Aprel , 2020 21:27
İngiltərə klubları koronavirusa görə 1,3 milyard avro itirə bilərlər

İngiltərə Premyer Liqasında cari mövsüm bərpa olunmayacağı təqdirdə, klubların itirəcəyi məbləğ açıqlanıb.

"Report" Britaniyanın "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, bu hal baş verərsə, yerli komandalar ümumilikdə 1,3 milyard avro qazancdan məhrum olacaqlar.

Həmin məbləğin 866 milyon avrosunu teleyayım hüquqları, 227 milyon avrosunu bilet satışları, 199 milyon avrosunu isə sponsorluq müqavilələrindən əldə olunan gəlir təşkil edir.

Bunu nəzərə alan Premyer Liqa rəhbərliyi klubların futbolçuları ilə video-konfrans keçirərək mümkün maliyyə itkiləri barədə məlumat verib və onları maaşlarının 30 faizindən imtina etməyə çağırıb. 

Qeyd edək ki, aprelin 3-də İngiltərə Premyer Liqasının oyunlarının qeyri-müəyyən müddətədək təxirə salındığı açıqlanıb.

Son xəbərlər

Orphus sistemi