İbrahimoviç “Milan”la müqavilə bağlayıb

İbrahimoviç “Milan”la müqavilə bağlayıb İsveç yığmasının sabiq hücumçusu Zlatan İbrahimoviç İtaliyanın “Milan” klubu ilə müqavilə imzalayıb.
Futbol
3 Yanvar , 2020 00:42
İbrahimoviç “Milan”la müqavilə bağlayıb

İsveç yığmasının sabiq hücumçusu Zlatan İbrahimoviç İtaliyanın “Milan” klubu ilə müqavilə imzalayıb.

“Report” xəbər verir ki, klub rəsmi olaraq Zlatan İbrahimoviçi təqdim edib.

İbrahimoviçin “Milan” la müqaviləsi cari ilin 30 iyun tarixinə qədərdir və dəyəri 3,5 milyon avro təşkil edir.

Müqavilədə komandanın Avropa yarışlarına çıxacağı təqdirdə maliyyə bonusu və bir mövsüm yeniləmə imkanı da nəzərdə tutulur.

Qeyd edək ki, İsveç yığmasının sabiq forvardı 2010-2012-ci illərdə “Milan”ın formasını geyinib.

Son xəbərlər

Orphus sistemi