İbrahimoviç İtaliyaya qayıtdı

İbrahimoviç İtaliyaya qayıtdı Milan klubunun futbolçusu Zlatan İbrahimoviç İtaliyaya gəlib.
Futbol
11 May , 2020 22:37
İbrahimoviç İtaliyaya qayıtdı

"Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç İtaliyaya gəlib. 

"Report"un məlumatına görə, 38 yaşlı hücumçu iki həftəlik karantindən sonra komanda ilə məşqlərə qatılacaq. 

İbrahimoviç İtaliya A Seriyasının koronavirus pandemiyası ilə əlaqədar dayandırılmasından sonra vətəni İsveçə qayıtmış və "Hammarbü"nün heyətində məşq etmişdi. Bu, ölkədə 50-dək insanın iştirakı ilə kütləvi tədbirlərə icazənin verilməsi ilə əlaqədar idi. 

Qeyd edək ki, Zlatan İbrahimoviç 2019/2020 mövsümündə "Milan"da 10 oyuna 4 qol vurub və 1 məhsuldar ötürmə edib. 

Son xəbərlər

Orphus sistemi