İbrahimoviç İsveç meşəsində hektarlarla torpaq sahəsi aldı

İbrahimoviç İsveç meşəsində hektarlarla torpaq sahəsi aldı İtaliyanın Milan klubunun futbolçusu Zlatan İbrahimoviç İsveçin meşə ərazisində 1 000 hektar torpaq sahəsinə sahib olub.
Futbol
24 Aprel , 2020 07:29
İbrahimoviç İsveç meşəsində hektarlarla torpaq sahəsi aldı

İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç İsveçin meşə ərazisində 1 000 hektar torpaq sahəsinə sahib olub.

“Report” “Aftonbladet”ə istinadən xəbər verir ki, torpaq sahəsi ötən ilin yayında, hücumçu ABŞ-ın "Los-Anceles Qelaksi" klubunda çıxış edərkən alınıb. Həmin ərazi “Persson Invest” şirkətindən 30 milyon İsveç kronuna (2,7 milyon avro) əldə edilib.

Artıq İbrahimoviç torpaq sahəsində bir neçə obyektə malikdir. Dağ yaxınlığındakı böyük villadan əlavə, 39 yaşlı forvard göldə ovçu evinə sahibdir. İndi isə onun yaxınlığında torpaq sahəsi də futbolçunun mülkiyyətinə keçib. 

Təcrübəli oyunçunun ov, balıq tutmaqla və aktiv istirahətlə maraqlandığı artıq hamıya məlumdur.

Qeyd edək ki, Zlatan İbrahimoviç İtaliyada koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş karantin müddətində İsveçə qayıtıb. O, "Hammarbü" komandası ilə məşq edir. Futbolçu bu klubun səhmlərinin 25%-nə sahibdir.

Son xəbərlər

Orphus sistemi