Hindistanın futbol yığması və klubları beynəlxalq yarışlardan kənarlaşdırıla bilər
Futbol
- 27 avqust, 2025
- 16:33
Hindistanın futbol yığması və klubları beynəlxalq yarışlardan kənarlaşdırılma təhlükəsi ilə üzləşib.
"Report"un "Press Trust of India"ya istinadən məlumatına görə, buna səbəb FIFA və Asiya Futbol Konfederasiyasının (AFK) nizamnamənin dəyişdirilməsi ilə bağlı tələblərinin hələ də yerinə yetirilməməsidir.
FİFA və AFK Hindistan Futbol Federasiyasının prezidenti Kalyan Çaubeyə ünvanladığı məktubda yeni nizamnamənin qəbul edilməsində irəliləyişin olmamasından narahatlığını ifadə edib.
Həmçinin oktyabrın 30-dək yeni nizamnamənin qəbul və ratifikasiya edilməsi barədə tələblər yerinə yetirilməyəcəyi təqdirdə, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Hindistanın 2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciəti ləğv olunacaq.
Son xəbərlər
18:09
"Qəbələ" nigeriyalı hücumçunun transferini açıqlayıb
Futbol18:08
OPEC 4 ölkənin yüksək hasilata görə yenilənmiş kompensasiya planlarını təqdim edib
Energetika18:03
Zelenski Trampla yeni görüşünün anonsunu elan edib
Region18:03
"AzərEnerji" "ACWA Power" ilə "Xızı-Abşeron" KES-in enerjisistemə qoşulmasını müzakirə edib
Energetika17:59
ABŞ Rusiya bayrağı altında üzən neft tankerinə nəzarəti ələ keçirib
Digər ölkələr17:57
Dünya Bankı: COP29 karbon kreditlərinin transsərhəd ticarəti qaydalarına aydınlıq gətirib
Energetika17:55
"Bavariya"nın yarımmüdafiəçisi qarşıdakı iki matçda meydana çıxa bilməyəcək
Futbol17:50
Britaniya parlamenti Ukraynaya qoşun göndərilməsi barədə qərarı səsverməyə çıxaracaq
Digər ölkələr17:35